Monday, May 5, 2008

ADR-90 Futzal Turnirinin qalibi - ALGA!

ADR 90 Futzal Turnirinin qalibi final oyunun AAA komandasına 6:0 hesabı ilə qalib gələn ALGA komandası oldu. Üçüncü yer uğrundə görüşdə Dalğa komandası OL komandası üzərində 6:4 hesabi ilə qalib gəldi.

Wednesday, April 30, 2008

ALGA və AAA finalda!

27 aprel 2008-ci il tarixində “ADR-90” turnirinin yarımfinal oyunları keçirilmişdir. İlk matçda ALGA ilə OL!, ikinci matçda isə AAA ilə Dalga komandaları üz üzə gəldilər.

İlk oyun proqnozlaşdırıldığı kimi çox gərgin keçdi. Hər iki komandanın oyuna ehtiyatlı başlayacağı gözlənilsə də, OL! ilk dəqiqələrdə bir neçə yadda qalan hücum təşkil etdi və hesabı açmağa müvəffəq oldu. OL-dan Vüsal Əliyev fərqləndi. Hesabda önə keçən OL-çular risk etməmək qərarına gəldilər və müdafiəyə diqqəti artırdılar. Bu səbəbdən ALGA hücumçularının hesabı bərabərləşdirmək cəhdləri bir nəticə vermirdi. Lakin birinci hissənin sonunda meydanın mərkəz hissəsindən sürətli hücum təşkil edən ALGAçılar hesabı bərabərləşdirdilər. Bu dəfə turnirdə ALGA-nın ən məhsuldar oyunçusu Cavid Abdullayev fərqləndi. Birinci hissə 1:1 hesabı ilə bitdi. İkinci hissə ilk hissəyə nisbətən daha da sürətli başladı. OL komandasının zəif nöqtəsini tapan rəqiblər Orxan Mehdiyevin qolu sayəsində hesabda irəli çıxdılar. Lakin bu OL-çuları ruhdan salmadı və onlar qısa vaxt ərzində hesabı bərabərləşdirdilər. İki müdafiəçini sürət hesabına keçən Urfan Əsədov daha əlverişli vəziyyətdə olan Vüsal Əliyevə dəqiq pas ötürdü, o isə öz növbəsində bu imkandan səmərəli istifadə etdi. Hesab bərabərləşəndən sonra bir müddət oyunda gərginlik hiss olundu. Hər iki komanda həm müdafiədə, həm də hücumda əla oyun nümayiş etdirdilər. Hücumların birində ALGA-çılar OL-un müdafiəsini azlıqda yaxalaya bildilər və Ruslan Əmirov ALGAnı hesabda yenidən irəli çıxardı. Bu qoldan sonra OL hesabı bərabərləşdirmək üçün oyuna 3 hücumçu ilə davam etməli oldu. Lakin rəqib komandanın müdafiədə dəqiq oyunu onların imkanlarını heçə endirdi. Əvəzində isə OL-çuları əks-hücumda yaxalayan liberallar iki dəfə fərqləndilər. ALGAdan Orxan Mehdiyev və Ruslan Əmirov hərəyə bir qol vurdular. OL isə yalnız bir qolun əvəzini çıxa bildi. Oyunda son nöqtəni OL komandasının ən məhsuldar oyunçusu Urfan Əsədov qoydu. 5:3





Final oyununda ALGA ilə qarşılaşacaq növbəti komanda AAA ilə Dalğa-nın oyunundan sonra həll olunmalı idi. Hər iki komanda çempionat ərzində tərifəlayiq əzmkarlıq, son dəqiqəyədək döyüşmək qabiliyyəti və komanda oyunu nümayiş etdirmişlər. Komandaların qrup mərhələsində oyunlarının statistikası azca olaraq AAA-yin xeyrinə olsa da belə yarımfinal mərhələsində bu heç bir əhəmiyyət kəsb etmirdi. Yarımfinal oyununda Dalğanın iki aparıcı oyunçusunun meydançaya çıxmamağı məzunlara əlavə üstünlük verəcəkdi. Lakin buna baxmayaraq ilk dəqiqələrdən bəlli oldu ki matç çox sürətli və gərgin olacaqdır. Birinci hissənin ilk 15 dəqiqəsində AAA komandası topa daha çox nəzarət etsə də, dalğaçıların kəskin hücumları və sürətli keçidləri üstünlüyün hansı komandada olmasına qərar verməyə imkan vermirdi. Hər iki komandanın oyunçuları müdafiədə diqqətli oynadıqlarından hesabı açmaq mümkün olmamışdır. Yalnız ilk taymın ortalarında Dalğa-çıların hücumunun nəticəsində sürətli əks-hücum qurmuş AAA komandası hesabı Tağı Tağızadənin vasitəsilə aça bildi. AAA-in növbəti qolunu Azər Məmmədov standart vəziyyətindən cərimə zərbəsilə birinci taymın sonunda vurdu. Komandalar 2:0 hesabı ilə fasiləyə getdilər.

İkinci taymda hesabı bərabərləşdirməyə atılmış dalğaçılar ardıcıl olaraq kəskin hücumlar həyata keçirtdilər. Dalğanın hücumçuları həm yaxın həm də orta və uzaq məsafələrdən zərbələr yetirmiş və yalnız AAA-in qapıçısı Nurin Həsənovun gözəl oyunu sayəsində hesab dəyişməmişdir. İkinci taymın ilk 5 dəqiqəsində dalğaçıların aramsız hücumları nəticəsində büdrəməmiş AAA komandası Tural Yusifov, Cavid Aslanov və Azər Məmmədovla ardıcıl olaraq daha 3 qol vurmuş və hesabı 5:0 çatdırmışlar. Hesabda geridə qaldıqlarına baxmayaraq Dalğa daim döyüşkən və əzmkar olduqlarını nümayiş etdirmiş və bunun nəticəsində Elşən Poladlının oyundan və Araz Qasımovun cərimə zərbəsindən vurduqları iki qolla hesabı 5:2 etmişlər. İki qol buraxmış AAA komandası həmin günü qələbəni əldən vermək niyyətində olmadığını Dmitriy Kirilovun cərimə nöqtəsindən edilmiş ötürməni vurduğu gözəl qol ilə aydın etdi. Oyunun yekun hesabi 6:2 AAA komandasının xeyrinə oldu.




Yarımfinal oyunlarının nəticəsində finala qrup mərhələsində hərəsi öz qrupunda birinci yer tutmuş ALGA AAA komandaları çıxdılar. 3-cü yer uğründa oyun isə OL! Dalğa komandaları arasında keçiriləcəkdir. Oyunlar may ayının 3-ü saat 12:00 və 13:00-da keçiriləcəkdir.

Monday, April 28, 2008

AAA - Dalğa 6:2


27 aprel, 14:00. Olimpik Star

1-ci hissə: Tağı Tağı-zadə 1:0, Azər Məmmədov 2:0

2-ci hissə: Tural Yusifov 3:0, Cavid Aslanov 4:0, Azər Məmmədov 5:0, Elşən Poladlı 5:1, Araz Qasımov 5:2, Dmitriy Kirillov 6:2

ALGA - OL 5:3


27 aprel, 13:00. Olimpik Star

1-ci hissə: Vüsal Əliyev 0:1, Cavid Abdullayev 1:1

2-ci hissə: Orxan Mehdiyev 2:1, Vüsal Əliyev 2:2, Ruslan Əmirov 3:2, Orxan Mehdiyev 4:2, Ruslan Əmirov 5:2, Urfan Əsədov 5:3

Sarı vərəqə: Urfan Əsədov (OL)

Monday, April 21, 2008

Yarımfinal cütlükləri müəyyənləşdi

Aprel ayının 19-u və 20-si "ADR-90" Futzal Turnirinin qrup mərhələsinin son oyunları keçirildi. "B" qrupunda yarımfinalçılar bir həftə öncədən müəyyən olunduğundan bütün diqqət "A" qrupuna yönəlmişdi. Bu qrupda hər şey məhz bu tur aydın olacaqdı.

Turun mərkəzi oyunu aprel ayının 19-u saat 12:00-da keçirilən Dalğa - İrəli matçı idi. Xatırladaq ki, növbəti mərhələyə çıxmaq üçün dalğaçılara yalnız qələbə lazım idi. İrəliçilər isə öz növbəsində heç-heçə də kifayətlənə bilərdilər. Matç çox sürətli başladı. Hər iki komanda ilk dəqiqələrdən oyuna nəzarəti almağa can atırdılar. Lakin qol vurmaq istəyi komandaların müdafiəsində müəyyən boşluqlar yaratdı ki, bu da ilk qolda özünü büruzə verdi. Bütün komanda ilə hücuma atılan dalğaçılar orta xətdə topu itirdikdən sonra İrəlinin 3 oyunçusu qapıçı ilə təkbətək qaldılar. Bu imkandan İrəlinin turnirdə ən sərrast oyunçusu Xəyal Niftəliyev məharətlə istifadə etdi. Lakin Dalğa belə asanlıqla məğlub olmaq istəmədiyini sübut etdi. Növbəti hücumlarında dalğaçıların qapı ağzından vurduqları zərbə rəqib komandanın müdafiəçisinin ayağından qapı xəttindən keçdi. Birinci hissə 1:1 hesabı ilə bitdi. İkinci hissə başlayan kimi oyun dalğaçılar yenidən hücuma atıldılar və hücumların birində dalğaçılar matçda ilk dəfə olaraq hesabda önə çıxdı. Bu dəfə isə növbə Dalğanın ən sərrast oyunçusu Rövşən İsmayılovun idi. O, komandanın əzmkarlı hücumunu qol ilə tamamlaya bildi. Hesabda önə çıxdıqdan sonra dalğaçılar oyunda əmin oynamağa başladılar. Lakin hətta belə vəziyyətdə İrəli hücumçuları həvəsdən düşmədilər və sonadək mübarizəyə davam edəcəklərini nümayiş etdirdilər. İrəliçilərin hücumu nəticəsində Dalğanın qapısı önündə təyin olunan cərimə zərbəsini Firdovsi Tahirov ustalıqla istifadə etdi. Hesab bərabərləşəndən sonra oyunda gərginlik hiss olunmağa başladı. Hətta hər komanda sarı vərəqə ilə cəzalandırıldı. Dalğanın kapitanı Ceyhun İsayev isə öz növbəsində rəqib komandanın hücumu zamanı topu əl ilə saxladığına görə qırmızı vərəqə aldı. Oyun son dəqiqələrə qədər heç-heçə davam edirdi. Lakin son dəqiqələr irəli qapısı önündə təyin olunmuş 10 metrlik zərbə oyunun nəticəsini bəlli etdi. Topa yaxınlaşan Rövşən İsmayılov qapıçıya heç bir şans qoymadı. 3:2 və Dalğa yarımfinaldadır!

Günün ikinci oyunu ALGA - Rotarakt oldu. Bu oyun Rotarakt üçün qalib gəlmək üçün turnirdə son imkan idi. Lakin ilk dəqiqələrdən ALGA oyunda sensasiya yol verməyəcəklərini göstərdilər. Birinci hissə 4:0 hesabı ilə başa çatdı. İkinci hissədə isə müqavimət göstərməyən Rotarakt ilk 2 turda etdiyi səhvləri təkrarladı. Oyunun 14:1 hesabı ilə bitdi.

Beləliklə "A" qrupunda birinci yerə 7 xalla ALGA komandası çıxdı. İkinci yerdə isə 6 xalla Dalğa qərarlaşdı.

Növbəti gün isə "B" qrupunun oyunları keçirildi. İlk olaraq meydançaya OLAAA komandaları çıxdılar. Bu komandaların oyunun nəticəsi yarımfinal cütlüklərini müəyyən edəcəkdi. Hər iki komanda yarımfinala çıxışını öncədən təmin etdiyi üçün oyunun sönük keçəcəyi proqnozları özünü doğrultmadı. Oyunun ilk dəqiqələrindən komandalar qələbə niyyətlərini ortaya qoydular. Matçın ilk dəqiqələrində hücumlarını dəqiq nəticələndirə bilməyən OL-çular birinci hissənin son hissələrində 0:1 hesabı ilə məğlub duruma düşdülər. Birinci hissə bu hesabla da bitdi. İkinci hissə başlayan kimi OL-çular hücuma atıldılar və hücumların birində hesabı bərabərləşdirməyə nail oldular. İkinci hissənin son dəqiqələrində isə daha dəqiq və səhvsiz oynayan Amerika məzunları hesabda önə çıxdılar və oyunda üstünlüyü əldən vermədilər. Matçın son dəqiqələrində isə OL-çuların müdafiədə diqqətsiz oyunundan istifadə edərək, AAA oyunçuları daha 2 qol vurmaqla matçı 1:4 hesablı qələbə ilə bitirdilər.

Turun son matçı AN Stimul arasında keçirildi. Bu matçda komandalar açıq futbol sərgilədilər və turnirin ən produktiv oyununa imza atdılar. Hesab 18:9 AN komandasının qələbəsi ilə bitdi.

"B" qrupunda 9 xalla "AAA" birinci yerdə və 6 xalla "OL!" ikinci yerdə qərarlaşdı.

Bununla da yarımfinal cütlükləri müəyyən olundu. 27 aprel tarixində keçiriləcək matçların qrafiki aşağıdakı kimidir.

27 aprel 13:00 ALGA - OL
27 aprel 14:00 AAA - Dalğa

AN - Stimul 18:9


20 aprel, 15:00. Olimpik Star

1-ci hissə: Şahin Məmmədov 1:0, Elşən Güləliyev 1:1, Şahin Məmmədov 2:1, Nurulla Nəsibov 2:2, Şahin Məmmədov 3:2, Seymur Hüseynov 4:2, Elşən Güləliyev 4:3, Elşən Güləliyev 4:4, Şahin Məmmədov 5:4, Seymur Hüseynov 6:4

2-ci hissə: Şahin Məmmədov 7:4, Seymur Hüseynov 8:4, Seymur Hüseynov 9:4, Şahin Məmmədov 10:4, Seymur Hüseynov 11:4, Seymur Hüseynov 12:4, Şahin Məmmədov 13:4, Elçin Güləliyev 13:5, Nurulla Nəsibov 13:6, Seymur Hüseynov 14:6, Vüsal Əhmədov 14:7, Elçin Güləliyev 14:8, Şahin Məmmədov 15:8, Elşən Güləliyev 15:9, Şahin Məmmədov 16:9, Seymur Hüseynov 17:9, Şahin Məmmədov 18:9

OL - AAA 1:4


20 aprel, 14:00. Olimpik Star

1-ci hissə: Tağı Tağı-zadə 0:1

2-ci hissə: Urfan Əsədov 1:1, Elçin İbadov 1:2, Sərvət Məhərrəmov 1:3, Elçin İbadov 1:4

Sarı vərəqə: Urfan Əsədov, Rəşad Həsənov, Vüqar Salamlı